Faiq Balabəyli - GUYA, BİLMƏYƏCƏM
Ədəbiyyat
21:45 / 16.06.2026
Baxış sayı: 121
İndi nə oldu ki, geri qayıtdın
yazıq bınövşətək bükdün boynunu
Mən ki yüz fitnəni yola vermişəm,-
guya bilməyəcəm sənin oynunu?
Soruşdun, dinlədim... dindin, dinmədim
əyildin, əzildin, endin... enmədim
sən elə bildin ki, mən heç bilmədim
qurda tapşırmısan çöldə qoyunu?
Solumda, sağımda, önümdə durdun
gölgəmdə gizləndin, günümdə durdun
gözdən uzaq düşüb könlümdə durdun
isidə bilmədin yenə qoynumu.
Ay sözü özü tək titrək gələnim
lo ilə gedənim, ürkək gələnim
mənli xatirəyə söykək gələnim
yenə atıb oxu, çəkdin yayını?..