Ağaevli Əli Hacı - Var
Ədəbiyyat
09:26 / 16.06.2026
Baxış sayı: 1274
Üzünü o,yana çevir
Bu,üzdə qış havası var !
Qəribliyin qucağında,
Doğmalığın davası var !
Gör,fikirim hara çəkdi
Dili söz-söz dara çəkdim !
Kim deyir ki, Allah təkdi ?!
Onun da söz-Həvvası var !
Ölmək hələ son deyildi,
Olmaq ölüb don geyindi !
Hava,torpaq,su göyündü
Göyün də öz yuvası var !
Mələk mənəm,Tanrı mənəm
Eşq bildiyin yarın mənəm !
Dörd sözündən birin mənəm,
Dörd nəfərdən üç asi var !
Qələm mənəm, sözdə mənəm
Ocağında közdə mənəm !
Arxada sirr,üzdə mənəm
Ruhda bədən libası var !