“Zamanı aşan düha” adlı tədbir keçirilib.
İyunun 10-da Mədəniyyət Mərkəzinin və Xaqani adına Poeziya Evinin birgə təşkilatçılığı ilə Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyi münasibətilə “Zamanı aşan düha” adlı tədbir keçirilib.
Yenises.az xəbər verir ki, tədbir iştirakçıları öncə böyük şairin həbsdə olduğu təxmin edilən qədim Şabran Dövlət Qoruğundakı zindanda olub, daha sonra Xaqanin adına Poeziya Evinin önün də ucaldılmış möhtəşəm i heykəlin önünə tər çiçək dəstələri qoyulublar.
Keçirilən anım tədbirində iştirak üçün paytaxtdan gəlmiş tanınmış qələm adamları, həmçinin yerli yazarlar, mədəniyyət işçiləri, müəllimlər və şagirdlər qədim Şabranda xoş anların şahidi oldular..
Bu musiqili tədbirdə xanəndələr dahi şairin qəzəllərinə yazılmış muğam ifa edib, şagirdlər onun Şabranda həbsdə olarkən qələmə aldığı “Həbsiyyə”sindən beytlər səsləndirildi.
Şabran rayon Xalq teatrının aktyoru Qulu Mövsümov Xaqani obrazını canlanırıdı.
Tədbirin sonunda xatirə şəkili çəkilib