Bəhruz   Niftəliyev: -  Belə...

Ədəbiyyat 10:00 / 12.06.2026 Baxış sayı: 540

Canımda dolaşır sənli ağrılar,

Bir az kədərlidir qəmli ağrılar,

Çıxış yolları da gəlmir ağlıma

Bəlkə...

Bəlkə ayrılaq?

Toxunsam Tanrının daş ətəyinə,

Ürəyim gələrmi tuş kötəyinə,

Möhlət ver, möhtacam mən köməyinə,

Bəlkə...

Bəlkə ayrılaq?

Künc mənə dar gəlir, otaq sıxıcı,

İnandım, inadla sənə sığındım,

Gözündən düşdümmü, közə yıxıldım,

Belə...

Belə ayrılaq?

Nə yerim bəllidir, nə yurdum sənsən,

Bir ümid içəydim bir qurtum sənlə,

Eh... necə xəyallar mən qurdum sənlə,

İndi ayrılaq?

Keçmir boğazımdan tikəm harammı?

Gülüm, bənövşədə tikan olarmı?

Bükmə sən boynunu alım qadanı

Yaxşı...

Yaxşı, ayrılaq!...

12:06:2026