Gülnar  Ümid - Sən siqaret çəkirsən

Ədəbiyyat 10:55 / 12.06.2026 Baxış sayı: 531

Sən siqaret çəkirsən,

Mən fikrini çəkirəm....

 

Oxşardır vərdişimiz,

amma bir əmması var...

Sən siqaret çəkirsən,

mən fikrini çəkirəm.

 

Sən hər dəfə çəkəndə,

duman göyə sovrulur.

Mən hər dəfə çəkəndə,

ürəyim dərd qovurur.

 

Sən tüstüdən boğulub,

pəncərəni açırsan.

Mən qəhərdən boğulub,

xəyallara qaçıram...

 

Sən axırda atırsan,

külqabıya qalanı.

Mən necə atım axı,

sənlə bağlı olanı?

 

Sənin dərdini kibrit,

bir alışqan yandırır.

Məni hər xatırlamaq,

hər baxışın yandırır.

 

Sən siqaret çəkirsən,

bir az rahatlıq üçün.

Mən fikrini çəkirəm,

səni yaşamaq üçün