Şahverən  Cavad-    İlahi , sən özün qoru

Ədəbiyyat 19:27 / 17.06.2026 Baxış sayı: 182

 

Ürəyim əbədi eşq palatası ,

İllərdir , can verən bir eşqim yatır .

"Çağrı" mərkəziyəm , təkcə səninçün ,

Yenidən qururam , hər gün saatı .

 

Köçdü durnalar tək sevdalı günlər ,

Səhrada boğulan bir çaya döndüm .

Gözüm qapınızdan asılan qıfıl -

Eşir eşq külünü sərçələr indi .

 

Sevgiyə köklənmiş nəğmə kimiydik ,

Vaxtsız itirmişik notları , nədən ?

Ömrüm - doğulandan payız təqvimi -

Hər gün yarpaq - yarpaq azalıram mən .

İllər aparıbdır , nəyim vardısa ...

Könlümdə qan deyil , həsrət bitibdir .

Səadət quşuydu eşq saatımız ,

Əqrəb dimdikləri çoxdan itibdir .

Əyarı qısqanclıq olan sevgidən

Çoxillik şərab tək sərxoşluq - varım .

İlahi , İlahi , sən özün qoru ,

"Sevgi atəşinə kül olanları "

Türkiyə , Samsun şəhəri

17 .06 . 2026