Kamala Abiyeva Aydın Qızı - Elçin Həsənliyə

Ədəbiyyat 10:49 / 17.06.2026 Baxış sayı: 421

 

Neçədi, necədi göz yaşının rəngi kim bilir ki?

Peşimanlıq, qorxu, həsrət, intizar, təəssüf, nifrət,

tənhalıq, ayrılıq, sevgi...

Hələ kaşkilərin, bəlkələrin rəngi...

Bir də ən dərdli- torpaq rəngli ...

Nə vaxt idi yaralıydım, yaralarım ağrıyırdı,

ağrılarım ağlayırdı,

torpaq rəngliydi göz yaşım.

atamı oldun mənə, oğulmu, ya qardaşmı,

ya ruhuma sirdaşmı

Gördün göz yaşımı?...

Boyanıb torpaq rənginə

Vətənin bayrağını sıxaraq ürəyinə

Sən Şuşaya gedəndə

gülümsədi Şuşa da,

dəyişdi göz yaşımın rəngi də.

Mən Şuşaya gedəndə

igidlərin təbəssümü vardı üzündə.

Mən bu təbəssümdə gördüm səni də.

Səsini eşitdim “Sən azadsan Qarabağım”

“Sən azadsan əziz Şuşa” səsində.

İndi sən əbədiyyətsən, zamana sığmayan azadlığın səsisən.

Adam var ki, hər gün ölür, gün var ki, adamla ölür ,

adam var ki, günü yaşadır sənin kimi.

gün var ki, hər şəhidlə yenidən doğulur,

Elçin, bir də bilirsənmi,----

gün var ki, igidlər doğur 8 noyabr kimi.