Aləmzər  Sadıqqızı - Tanrım , dözmürəm daha

Ədəbiyyat 21:37 / 18.06.2026 Baxış sayı: 1035

Tanrım , dözmürəm daha bu qədər ağrılara,

Ürəyim də qışqırır " zor ilə dayanmışam"!

Cavab verə bilmirəm daha suallarına,

Ürəyimin səsini sonunacan almışam...

 

Bir əlimdə ölüm var, bir əlimdə arzular,

Yazılmamış içimdə hələ xeyli nağillar...

Tanrım, bir sən bilirsən, bir də şahid axşamlar,

Mənim yaşam səbəbim çiynimdəki qayğılar!

18.6.2026.