Məmməd Qədir - Yaraşığı
Ədəbiyyat
08:45 / 18.06.2026
Baxış sayı: 501
təcnis
Neçə ki, sevda qanadın
Tutmayıbdır yara, şığı.
Uca eşqin çıxar dadın,
Yara millən, yara şığı.
Şığı bil eşq nəğməsi nə,
Şux oxunsun nəğmə sinə,
Uyar sevgi nəğməsinə,
Yaman sevər yar aşığı.
Aşıq salmaz qara kölgə,
Bir Məmməddi qar, a kölgə,
Gəl, çəkilsin qara kölgə,
Ay ömrümün yaraşığı..