Elnur Uğur Abdiyev - Sinəmizdə dağ yaradır...
Ədəbiyyat
08:33 / 18.06.2026
Baxış sayı: 530
Sinəmizdə dağ yaradır,
Ruhumuzdakı hər çökək.
İçimizdə batırıqsa
Bu öz cəzamızdı,çəkək.
Zaman bizdən nə oymadı?
Ta hara heykəl qoymadı?
Səhraqəlblilər qoymadı,
Yerdə eşq ağacı əkək!
Dağda dağlanıb düzümüz,
İçində ağlar üzümüz.
Sevincdən dolmur gözümüz,
Həsrətdən göz yaşı tökək.
Yolumuz bərbad düzəlməz,
Yenə də ümidlər ölməz,
Yolçəkən əmilər gəlməz,
Ha gözümüzlə yol çəkək.
Elnur,daha döğmur uğur,
Kütləşib ta kəsmir şüur,
Evyıxanlar məgər qoyur,
Bir ev qaralayıb tikək?