Allahverdi Eminov : - Nə yaxşı, Adil Abbas “Dolu”nu yazdı
Ədəbiyyatın problemləri
Tezislər
Oxucu onun qaldırdığı məsələləri başa düşməli, mənəviyyatın inkişafı, psi-xoloji komplekslərdən yaxa qurtarmağa yönəldilən obrazları hətta elmi aspektdə yozmağı anlatmalıdır. Çün oxucu ədəbiyyatı mənimsəməkdə daha asan yolu seçim edir. Ədəbiyyat bu mənada özünün müvafiq janrına üz tutmalıdır, nəinki “bu gün filan janr daha çox oxunur” ənənəsinə sığınmalıdır. Yəni zövqsüz oxucusunu yam-sılamamalıdır. Əlbəttə, oxucunun da “günahı”yox deyil: hissləri, zövqləri, imkan-ları utilitar istiqamətə, dar çərçivəyə yönəlir. Belə tip oxucular ən çox şəxsi – daxili ehtiyacı, intellekti, ləzzətalma və sair xırdalığa üstünlük verir. Halbuki, insan (oxu-cu) təbii ehtiyacları anadangəlmə qazanmışdır, dolayısı ilə əldə etməlidir: həyati idrak qabiliyyəti, realist fərqləndirmə instikti ziddiyyətləri görmək cəsarəti.
Ədəbiyyat o halda itirir müəllifi siyasi – sosial sistemin qlobal enişini gör-mək (bəlkə də görür) sanki duymur və məişətin adi məsələlərindən yanaşır. Gündə-lik məişətə daha çox əsərlərində yer ayırır, əxlaqın bəşəri dəyərini yaddan çıxarır (bəlkə də çıxarmır), hadisələrə dərindən nüfuz etməkdən çəkinir, əsər isə səthili-yində qalır. Obrazlar çox yaşamaq iqtidarını itirirlər. O qisim yazıçılar görməyə məcbur olmalıdır ki: mövcud cəmiyyətin tətbiq etdiyi idarəetmə metodologiyası daha yaramır, adi sosial proseslərə üstünlük və xalq kütlə çərçivəsinə salınır, insanlara susmağı aşılanır, şəxsi mənafeyi üçün əqidəsini dəyişir, dünənin ........, kənara atılanda ağılı gəlir başına, bu isə artıq peşimançılıqdır! Bu iradəsizliyilə insan əxlaqını itirmiş olur, zərbələr vurulur.
Artıq korrupsiya “yuxarı” dairələrə çıxır, dövlət nə qədər mübarizə aparsa da! Dəniz boyu fantastik manatlarla , yaxud dollarla başa gələn kaşanələr dənizlə nəfəs alır, bu hava ilə balıqların ömrünə şərik çıxırlar. Dənizlə imkansız insanlar arasında daş – divarlar hörülübdür, təbiətin pulsuz bəxş etdiyi sularda çimmək pula satılır... Bunlar məişət mövzuları da ola bilir – jurnalistlər üçün, bəşəri mövzulara da çevrilə bilər – yazıçılar üçün. Məgər ədəbiyyata mövzuları İlahi qüvvə göndərir. İlahinin ünsiyyət bağladığı yalnız şairlərdir, ədiblər bunu bilməmiş deyillər. Bəs hanı təcrübəli maddi – məişət qayğılarından tam azad olan iri kalibirli yazıçılar? Onlar qəribədir ki, ya ədəbiyyat məsələlərilə, ya publisistika ilə, ya iclaslarda şanlı nitq deməklə, ya da cavan qələmdaşların gücü çatan bədii əsərlərlə kifayətlənirlər...
Cəmiyyət yazıçılardan çəkinməlidir, – desəm yanılmaram. Sistem qərarını irəli sürmür qətiyyətlə verir və başlayır “xəbərsiz” sərəncamını, göstərişini təbliğ və təşviq etməyə. Ədəbiyyatın humanist: xeyirxah, estetik, qayğıkeş bir peşə oldu-ğuna şübhə ilə yanaşmamalıdır, “zəmanəsinin qəhrəmanı”nı cəsarətli timsalında görməyi bacarmalıdır. Hansı ki, XIX əsrdə rus tənqidçisi V.Q.Belinski lazımi qiy-mətini vermişdir. Bizim qəhrəmanlarımız nə yaxşı Qarabağ savaşında yarandı, ör-nək oldular. Və istedadlı yazıçımız Aqil Abbas ədəbiyyata tam “Dolu” romanını gətirdi. Müasir məhsuldar yazıçılarımız öz sələflərini yamanca tez unutdular. Əbül Həsən, Ənvər Məmmədxanlı, Hüseyn Abbaszadə, Həmid Axundlu, İsmayıl Şıxlı romanlar və povestlər qələmə aldılar. “Müharibə” (“Dostluq qalası”), “General” (romanlar) və heç də az dəyər daşımayan “Buz heykəl” (Ənvər M.) hekayəsini mə-gər oxumamışlar? Hanı “Qarabağ müharibəsi” obrazı? Hanı bu davanın fərdi ob-razları haqqında roman, povest? Nə yaxşı, Aqil Abbas “Dolu”nu həm də ekrana çı-xartdı...
Ədəbiyyata gələnlər və yeni – yeni addım atanların ürəyinə tarixi romanlar və dedektiv povestlər yazmaq yatmışdır, buna etiraz etmək qəbahətdir, amma irad tutmaq olar. Tarixi romanın ən bariz nümunəsi M.S.Ordubadinin “Qılınc və qə-ləm”idir ki hələ o səviyyədə bir əsər belə ortaya çıxmamışdır. Romanın ən müsbət məziyyətləri az deyil: Müəllifin Nizami dövrünün yaratdığı mühitin problemlərini hakimiyyətin idarə olunması fonunda epoxal səviyyəyə yüksəldilməsidir, böyük ta-rıxin həm siyasi – sosial, həm də əxlaqi – mənəvi dəyərlər fonunda epik təsviridir. Oxucu özünü Nizaminin həməsri, onun yerişini – duruşunu, şeir söyləməsini, ailə başçısı olmasını və sairin şahidi qismində təsəvvür edir. Ədəbi şəxsiyyətin dövlətin idarə olunmasında bilavasitə nüfuz təsiri qiymətləndirilir. Bu şəxs dövlətin başçı-sıdır! Bu xətt M.S.Ordubadinin gələcək yazıçılara bir messajıdır! Romanın dili təhkiyədi. Romanda bədiilik çatışmırsa, məişət çalarları yoxsa... Bu, müəllifin bədii müşahidə və bədii təxəyyülünün kasıbçılığına dəlalət edir. Tarixi roman yazmaq asan işə oxşamır, tarixi mənbələrin dərininə varmaqdır... Xatırlamağa də-yər ki, görkəmli ədib İsa Muğannanın Nəsimi haqqında romanına bir tənqidçi irad tutmuşdu. İsa Hüseynov (Muğanna) “Azərbaycan” jurnalında çıxış etdi və həmin tarixçinin xəbəri olmayan unikal mənbələri sadaladı ki, romanı yazanda bu sənəd-lərə də əsaslanmışam.
Son illərdə bu mövzuda mən mübaliğəsiz istedadlı şairə və yazıçı Sona Və-liyevanın Həsənbəy Zərdabinin ibrətli ömür yolundan bəhs edən “İşığagedən yol” (2001) romanını qeyd edərdim. Mən əsəri xəstəhal çağımda iki-üç günə oxudum və “Azərbaycan” jurnalında obyektiv fikrimi deyəsi oldum... Bu yazıçının tarixi dövr və tarixi şəxsiyyətlər qarşısında məsuliyyət hissidir.
Bədii ədəbiyyat insanın səadətdən, həzzdən, fərəhdən məhrumluğu zamanın-da onun xilas yoludur – mənim fikrimcə, ona görədir – mənəvi dəyərlərin əxlaqi fəzilətlərini personajlarda təcəssüm etdirir, yeri gələndə qadın obrazlarının müb-həm hisslərini, gözəllik mənbəyi olduğunu büruzə verir. “Qılınc və qələm”də Fəx-rəddin – Qətibə xətti, “İşığa doğru”da Həsənbəylə rektorun qızı arasında lirik sevgi ilğımı. Nə qəbahət var bunda? Nədənsə son romanlarda yazıçılar elə bil oxucu tə-nəsindən qaçmaq istəyirlər, buna nə ehtiyac? Lev Tolstoy “Hərb və sülh” roma-nında məhəbbət xəttinə dərin ehtiyac duymamışmı? Nataşa surəti təsadüfən yara-dılmamışdır, romana bir təravət, gözəllik gətirir. Görkəmli yazıçı Anar “Beşmər-təbəli binanın altıncı mərtəbəsi” romanı ilə bu sükutu pozmağı bacardı. Belə bəşəri hiss V.Hüqoda, O.Balzakda, L.Tolstoyda, İ.Turgenevdə, Mopassanda,Floberdə, M.Səiddə məgər yoxmudur?
Ədəbiyyat oxucusunda səadət arzusundan yaxasını dartıb, yalnız siyasi – so-sial – ictimai problemlərlə məşğuldursa, o uzağa addım ata bilməz. Əgər əsərin qəhrəmanı səadətin, xoşbəxtliyin simvolu deyilsə, oxucunun qazandığı nə olar ki?! Yazıçı həyatı mənası məsələsinə daha çox diqqət kəsilməlidir, nə üçün gizlin qal-malıdır ki. İnsan yaşadığı həyatdan zövq almalıdır, xoşbəxt olmağı bacarmalıdır. Vaxtilə stoiklər və epikürçülər səadət məsələsinə öz münasibətlərini bildirməkdə yanılmamışlar və iddia etmişlər ki, yaşadığı dünyadan kam almalı, yetərli xoşbəxt-liyə qovuşmalıdır. İnsan təbii tələbatlarını, ehtiraslarını nə üçün boğmalıdır? Axı, ən qiymətli şey elə həyatın özü deyilmi? Eləcə də həzz almaq! Şərq mütəfəkkiri Əl Fərabi yazırdı ki, ən yüksək nemət olan xoşbəxtliyə cəhd insanın ən mükəmməl məqsədidir. Lakin səadət, xoşbəxtlik iztirabdan keçib gəlir, əlbəttə, bu o demək deyil onun yoluna çıxıb qarşılayasan, yox! İnsan necə və nədən həzz duymağı və ondan qaçmağı bacarmalıdır, təlatümsüz həyat sürməlidir. Bu həyatın maddi – fiziki tərəfidir, qaldı bədii ruhi çağırışına – yazıçı, eləcə də şairə – daxili ovqatını kökləməklə əzab çəkməzsə dəyərli əsərlər qələmindən çıxmaz. Bir qədər kənara çıxmaqda məqsədim odur ki, insanın daxili aləmini, sevgi iztirablarını, bu yolda itirdiklərini, ünsiyyət kodunu axtarıb tapmasını özündə əks etdirən bir romana belə rast gəlməmişik.
Səbəb? Bəlkə bir qrup zövqsüz insanların müdaxiləsidir? Bəlkə mövzu ax-taran tənqidçilərin qələminə düşməməkdir? Bəlkə daha çox “bəlkələr” ortaya çıxar, lakin ədəbiyyat bəşəri və əbədi mövzularla tarixdə yaşayır. Müasir ədəbiyyat əy-ləncə də deyil xırda, döyənək mövzulara üstünlük qazandırasan. Müasir ədəbiyyat insanı mənəvi əsarətdən qurtarmaq, hisslərin coşğunluğunu ram etməkdir, sətirlə-rarası fikirlərə pənah gətirmək deyil. Oxucu düşündüyü, yaşadığı, lakin yaza bil-mədikləri mübhəm hisslərin bədii təsvirini duyub zövq almaq istəyir. Qarşılaş-dıqları prototipləri romanlarda, povestlərdə görmək arzusunda olur və onların tale-yini izləmək imkanı qazanmaq istəyir.