Ələddin Əzimli - BÖYÜK GÜNAH VƏ KÖRPƏLƏR

Ədəbiyyat 13:20 / 21.05.2026 Baxış sayı: 335

 

Nəvələr üçün

 

Dənizin sahilində-

Üç addımlığında

Yoldaşım,

Gəlinim.

Onunsa qucağında

Altı aylıq güləyən nəvəm,

Təktənha Gülaydır.

Bizdən azca aralı

Cavan ata və ana

Tutublar bapbalaca bir oğlanın əlindən.

Birdən,

Körpə qopur onlardan.

Üz tutur bizə tərəf.

Düşünürəm bir anlıq,

Kaş,

O oğlan da bizim olaydı....

Qəfildən,

Ata, ana və dəniz-

Qonşularımız

Göyərtdilər üzünü.

...Böyük günaha bataram, deməsəm.

Qəlbim yaman daraldı.

Görəsən, bu ailənin

Körpəsi təkdir bizim tək?!

Evdə

Başqa uşaqları varmı?!