Əbülfət Mədətoğlu - İstəyirəm

Ədəbiyyat 09:01 / 21.05.2026 Baxış sayı: 328

Şipşirindi  dodaqların  baldan da 

Gözüm  doymur  yanaqdakı  xaldan da!

Çiynindəki  o  sürüşən  şaldan da -

Asılmaq  istəyirəm!

 

Qulaq  asıb  ürəyimdə  dinənə

Boylanıram  bu  günümdən  dünənə!

Bir  ömürlük  sevgi  üçün  sinənə -

Qısılmaq  istəyirəm!

 

Sən  olmayan  yerin, göyün  qatında

Mənasızdı  zər-ziba da, altun da!

Kölgə  salan kipriklərin altında -

Qızınmaq  istəyirəm!