Xankəndidə "Qarabağ" - MOİK oyunu başladı - YENİLƏNİR

Gündəm, İDMAN 14:37 / 21.12.2023 Baxış sayı: 4398

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Yenises.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***

09:28

Bu gün Xankəndi şəhərində 35 ildən sonra tarixi oyun baş tutacaq. 

Yenises.az xəbər verir ki, Ağdamın "Qarabağ" komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gələcək.

Qarşılaşma saat 13:00-da başlayacaq və AzTV-də canlı yayımlanacaq. 

Matçın qalibi 1/4 finalda "Sabah"la qarşılaşacaq.