Kənd Təsərrüfatı Nazirliyinin yeni binası

MƏMLƏKƏT 15:25 / 06.06.2023 Baxış sayı: 3975

Bu gün paytaxtda dövlət  başçısı     İlham Əliyevin iştirakı ilə   Kənd Təsərrüfatı Nazirliyinin yeni binasının aşılışı  olmuşdu.

Yeni  binada   nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

Yenises.az  bildirir ki,   215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var.