Bəhruz Niftəliyev : - Səni sevmək...

Küləyə təslim olub yarpaq kimi sovrulmaqdı,
Ürəyə təslim olub ağlını unutmaqdı səni sevmək.
Şeytandan belə ümid ummaqdı,
Özünü- sözünü danmaqdı səni sevmək!
Səni sevmək mümkünsüzü yaşamaqdı,
Mum kimi əriməkdi gözlərinin oduna.
Adına rast gəlməkdi hər gözəllikdə,
Dadına tamarzı qalmaqdı səni sevək.
Qadına sitaişdi,
Elə bir sifarişdir ki, səni sevmək
ünvanı da, ünmanı da Tanrıdı.
Səni sevmək tanıdır
Məni mənə
Qəmi qəmə qataraq yaşamaqdır səni sevmək!
Yovuşmaqdır günahlarla,
Qovuşmaqdır sabahlarla!
Gecələri düşünməkdir,
Gecə yarı üşüməkdir səni sevmək.
Fəsilləri yadırğamaq,
“Əsil”ləri yandırmaqdı,
Yeni doğrulara inanmaqdı səni sevmək.
Yeni bir “mən”ə oyanmaqdı,
Ağlımı oynatmaqdı səni sevmək!
Səni sevmək zülümdü,
Səni sevmək ömürdü.
Sevgindən ölürəm!
Görürəm gözlərini…
09.07.2025