Şərafət Şəfa - Sən ey laləzara mehman olan dost,
jpg-1752048084.jpg)
Sən ey laləzara mehman olan dost,
Güllərin ətrinə qəlbin coşdumu?
əyilib dərdiyin nərgiz gülündən,
qəlbin ik sevgini heç sorusdumu?
Səndəmi büründün sevgi toruna?
Hər addım başinda onu andınmı?
Xəyala daldığın tənha yerlərdə,
Agac gövdəsində iz buraxdınmı?
Duydunmu vüsalsız eşqin dadını,
Gördün, asfaltdələn çiçək kimidi?
Hicran həsrətilə yandırıb-yaxan,
Məcnunu səhraya salan kim idi!
Ey könül baxçama mehman olan dost,
Dünya özü sevgi deyilmi məyər?
Noolsun sevənlər nakam getdilər,
Elə bu eşq üçün ölməyə dəyər.