İŞIQLANAN, SÖNƏN PƏNCƏRƏ - yazdı Ələddin Əzimli

Söndü o pəncərə.
Baxa-baxa
itirdim o pəncərəni.
İndi gəl,
səhər elə gecəni.
Gecə
bir olar....üç olar....on üç olar...
nə bilim, neçə olar.
Yata bilsən,
özünü, yuxunu yora-yora
səhərə çatarsan.
Amma,
nə vaxtdır sönməklə,
qaranlığa bürünməklə
aldadar
məni o pəncərə.
Onsuz,
səhərin də,
həyatın da sonu gecədir-
əbədi qaranlıq.
Düşünməyə dəyməz bu haqda.
...Ey, sən,
zorla seçilən siluet,
nə gəzirsən buralarda?!
Söylə,
nə axtarırsan
bu zülmət qaranlıqda?!.