Jurnalistlərə ev verilməsi məsələsinə İKİ MÜNASİBƏT
Elçin Şıxlı : - "Mən ilk gündən jurnalistlərə dövlət tərəfindən ev verilməsinin əleyhinə olmuşam".
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı öz açıqlamasında bildirib ki, jurnalistlərə evi hökumət paylamamamlıdır:
"Əli Həsənovun vaxtında Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar tikildi. Ancaq ikisi paylanıldı, birini isə vermədilər.
Hesab edirəm ki, bununla da bu layihə bitirilməli idi".
***
Mehman Əliyev, "Turan" İnformasiya Agentliyinin direktoru : - "Bu gün elə jurnalistlər var ki, məndən 2-3 qat çox maaş alır. Ümuniyyətlə, beynəlxalq səviyyədə də jurnalistlərə evin verilməsi yaxşı qarşılanmır".
P.S - Hər kəs öz mövqeyini ifadə edə bilər...