Ağaevli Əli Hacı - Qaçanda...

Ədəbiyyat 19:29 / 27.07.2025 Baxış sayı: 1063

Qaçanda üzü aşağı qaç,

Bütün nöqtələrin hamısı orda !

Yuxarı vergüllərlə dolu,

Aşağının sualı,nidası orda !

 

Dur,bir az nəfəs al dərindən,

Kimsə dalınca qaçmaz .

Kimsə,yuxarıda oturduğu yerdə,

Aşağıya qapı açmaz !

 

Düş aşağı,

Son nöqtələrdən yuxarı bax !

Nöqtəyə qədərdi vergüllər,

Aşağıdan yuxarı,axıra bax !