Kəmaləddin Qədim - BU NECƏ SEVGİYDİ...

Ədəbiyyat 09:00 / 22.08.2025 Baxış sayı: 2550

 

 

Bu yaşda, bu başda çıxdın qarşıma,

Gülüm, çox gec idi, gec, yaraşmadı.

Çox da keçəmmədim, dilim gəlmədi,

gəlmədi deyəm ki, "keç, yaraşmadı."

 

Gedirdi, mən adlı sarban gedirdi,

Gedirdi, özünə qurban gedirdi.

Elə köç üstəydi, karvan gedirdi,

Bu eşqə bu karvan, köç yaraşmadı.

 

Bu könül dediyin nə vaxt yorulub,

Uçulub, dağlıb, təzdən qurulub?

Sənə aşiq olub, sənə vurulub

özümdən aldığım öc yaraşmadı.

 

Bu necə sevgiydi doluydu qornan,

Bu necə saraydı yanaşı gornan?

Birtəhər geymişdim əynimə zornan,

Baxdım yaraşmadı, heç yaraşmadı...