Xəyalə Sevil : - Gözümdən itən kimi

Ədəbiyyat 09:12 / 22.08.2025 Baxış sayı: 2154

Gözümdən itən kimi

Xəyalın canlandısa,

Yarım qalan hər şeyim

Tək səninlə tamdısa.

 

Gülü solan güldanın

Təkliyidi mənimki.

Dərd yığılıb üst-üstə,

Bu nə birdi, nə iki.

 

Bu payız bir başqadı,

Bu yağış kəsən deyil...

Məni ki sevənlərin

Hamısı bir sən deyil.

 

O əvvəlki, o məsum

Yaşımdan ayrılmadım.

Məni nəylə qınadın?

Xoşumdan ayrılmadım.