Bəhram Bilaloğlu : - Zəlzələ,qasırğa qaçılmaz olur,

Ədəbiyyat 20:40 / 27.07.2025 Baxış sayı: 955

 

 

Lehmə suların da,duruların da,

İçində balıqlar ömür sürürlər.

Nə fərqi,böyükdür, ya da balaca,

Birgə yaşayırlar həyat qururlar.

 

Zəlzələ,qasırğa qaçılmaz olur,

İstər alt qatında,istərsə üstdə.

Dəyişən bir cəhət bu vardır orda,

Ölüm- balıqları çevirmir büstdə.

 

Ən üstün seçimi,silinməzliyi,

Məhəbbət dediyin pulla deyildir.

Sərbəst yaşamağı,azadlığını,

Dəyişməz saxlayır,halla deyildir.

 

Ədalət suda da,pozulur bəzən,

Vəhşi balığların çarxından keçir.

Təbiət şahidi oldum əzəldən,

Gördüm ki,hamısı bir yerdən içir.