Şövkət Zərin Horovlu.:- Bəsimdir

Evimdə, odamda uzaq bir həsrətin yalnızlığı,
İçimdə bütöv bir ömrün boşluğu,
Bir kərə keçsən o boşluqdan,
Qurtulsam yalnızlıqdan,
Bir ürək sevimsəm
Bəsimdir.
Qapımı, ya pəncərəm döysə
bir kəs,
Qulağıma dəysə yarpağın son payız
xırıltısına
Torpaq iniltisinə,
Küləklərin pışıltısına bənzər bir səs,
Ya üzümə dəysə ,xəlvəti oğurlanmış
Bir udum nəfəs,
Üşüyəndə üstümə örtsəm,
Bəsiçdir.
Vücudum indi üstü buz bağlamış
bir dağa bənzər,
Dəli küləklər döyər,döyəcləyər ,
Təsəllim xoş bir rüzgaradır,
Bəxtim dinərmi , bir də,
üzümə gülərmi ,bir də?
Bir şəfəq süzülə üzümə,
Bir işıq düşə gözümə
Günəşın doğduğu yerdən,
Qəfil Sən sürüşüb düşəsən ümidimdən,
Bəsimdir!
Fransa, Strasburq 2017