Kəramət : - "KOSMİK BUMERANQ"

F. Dostoyevskinin "Karamazov qardaşları"nda dediyi kimi:
-Hər kəs hər kəsdən sorumludur.
...Enerjin, MƏNFİ-MÜSBƏT baxışın, əməlin, davranışın özünəmi qayıdır, yoxsa..aldatmaca "onsuz da cəzasını çəkəcək " təsəllisi... hər birini qəbul etsən də- etməsən də haqlısan..bilirsənmi ? düşüncəmizi gərəksiz informasiya təcavüzündən ayırıb-xilas edib yavaşlayaq...biz istədiyimiz məqamda baş vermir heç nə , buxarlanan suların yağışa dönməsinə vaxt buludu gərəkdir...düşünürəm ki, məsələni adlandıranda-konkret məkan-zaman məhdudiyyətinə sığışdranda yanlış qapını döyürük...bir az əhatəli düşünəndə " hər şey özünə qayıdır"ıı mənimsəyə bilərik...
BİR GÜN SƏHƏR AÇILMASA, GÜNƏŞ DOĞMASA TƏƏCCÜBLƏNMƏYİN...
Bu gün xeyli payi-piyada gəzdim, metroyla, aftobusla yoldaşlıq elədim ..üzü gülən, küçə boyu sevinən adama, demək olar ki, rast gəlmədim...əvəzində hamıya müsbət enerji payladım və tükənib qayıtdım...və
DİK DURUŞUMU, ƏMİN YERİŞİMİ, SOLMAYAN NURUMU GÖRƏNLƏRİN BAXIŞLARI SUAL DOLUYDU:
-Niyə sınmamısan, solmamısan, əyilməmisən, yıxılmamısan, ölməmisən?
Mən yenə də gülümsəyib ötürdüm.
Qulağımı bir sual dalayırdı:
-Şeir yazmasaydın...nə edərdin?
-Heç şübhəsiz oğrubaşı, qanster, qisasçı olardım...bu məmləkətdə o qədər öldürüləsi murdarlar var ki...
...sonra özüm-özümdən diksindim....İçimdəki... o ədalətsizi öldürmək qərarı verən özümdən diksindim....
KOSMİK BUMERANQI, İLAHİ ƏDALƏTİ GÖZLƏMƏZDİM.