Ağaevli Əli Hacı : - Yorulmuş atların hekayəsi

Boyum uzanan,
səsim çıxan kimi yük daşıdım !
Bu dünyanın yəhəriylə,
qırmancıyla danışdım !
Mənim balam,
sən,yanımda yeridikcə
bilmədim yükün ağrısın !
Böyüdün,
yük vurdular sənə də
duydum yükün ağrısını !
Ayağıma nal vurdular,
çapdılar çölün düzünə !
Yük altında yol yeridim,
ölmədim sənin üzünə !
Neynim,
danışa bilmirdim
köpüklüydü ağzımda söz !
Bütün bədənimin yerinə danışırdı gözüm
köz-köz !
Sürürdülər işıq gələnə
süfrə açırdı qaranlıqlar !
İt hürən tərəfdə qalmışdı
bütün ayrılıqlar !
Dünya üstündə boş gedir,
altında dolu gedirsən !
Özgə yükünün altında,
ömrünü yalın gedirsən !
Bilirsən,
üstündə yük kimindi.
Bilirsən,
Adamlarda yükündü !
Və bu Adamlardan hürkürdüm,
hər günü yük götürəndə
ölümə qol çəkirdim !