Elşən Əzim : - Yerdə.

Gündəm 11:24 / 07.02.2025 Baxış sayı: 2286

***

Hicran uzun oldu, yenə görüşdük,

O vaxt məni atıb getdiyin yerdə.

Daha qol-budaqlı ağac olmuşam,

Yolunun üstündə bitdiyim yerdə.

 

Əsirdin bir azca sərin əsəydin,

Səhra ilğımına bürünməsəydin,

Vallah dayanmazdım görünməsəydin,

Mən vaxtı-zamanı ötdüyüm yerdə.

 

Elşəni bu dərdə tanıtmayaydın,

Mürgülü eşqimi ayıltmayaydın,

Sən gərək yenidən qayıtmayaydın,

mən gərək itəydim itdiyim yerdə.

10. 05. 2022