Adil Şirin- Bu gecə Qədr gecəsi

Ədəbiyyat 09:00 / 15.03.2026 Baxış sayı: 268

* * *

Bu gecə Qədr gecəsi-

Nə bədirlənmiş Ay var,

Nə sayrışan ulduzlar...

Qar yağır, bəmbəyaz qar...

 

Yağır ömür-günümə,

Alın yazıma yağır.

Xatirələr qol götürüb

Oynayır ağır-ağır.

 

Nə diləyim taledən,

Diləsəm gücü çatmaz.

Mənim sərgərdan ruhum

Bu dünyaya qayıtmaz...