Corcia Meloni: "Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək"
SİYASƏT
20:24 / 04.05.2026
Baxış sayı: 3103
"Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
Çox geniş formada aparılan müzakirələrə görə dərin təşəkkürünü bildirən C.Meloni vurğulayıb: "Biz bir daha təsdiq etdik ki, əməkdaşlığımızı daha da genişləndirməliyik".