Əlirza HƏSRƏT  -  SEVDİYİM GÜNAH

Ədəbiyyat 11:45 / 24.06.2026 Baxış sayı: 236

 

Bəllidir hamıya arzum,niyyətim,

Dosta sədaqətim,eşqə biətim.

Dünyada ən böyük məğlubiyyətim,

Nadan qabağından qaçmağım olub.

 

Hələ ildırımtək coşub-çaxmağım,

Qurumuş arxlarda seltək axmağım,

Çiynimə yalandan qanad taxmağım,

Yalandan quş kimi uçmağım olub.

 

...Dönüb ümidlərim lalə düzünə,

Birinə göz qoysan,düşər yüzünə.

Sevdiyim günahdır,sənin üzünə-

Könlümü ürəkdən açmağım olub.