Elnur Uğur - Taleyimlə qoyun qalım baş-başa
Ədəbiyyat
13:32 / 23.06.2026
Baxış sayı: 454
Taleyimlə qoyun qalım baş-başa,
Duman-duman ,ey kölgələr çəkilin.
Pərdə endi, qurtardı e tamaşa,
Quşu uçdu Əkilgilə Bəkilin.
Sonun gördüm ilk çağında sevdamın,
Düyün düşdüm qəlb bağında sevdamın.
Bir qız öldü qucağında sevdamın,
Böyümədi,çıxarmadı kəkilin.
Qismət deyən nəsə azır alında,
Döyhadöydü kim nə yazır alında?
Şəkil vardı çoxdan hazır alında,
Ağ-qaraydı gözləri bu şəkilin