Nazim Əhmədli - Bu dünyada ölüm yoxdu

Ədəbiyyat 09:43 / 05.05.2026 Baxış sayı: 241

 

Gözlərin nə yaman dolub,

al yanaqların bal dadır;

əlini qoy sinəm üstə,

gör ürəyim nə haldadı;

 

bilmirəm, könlüm nə deyər,

həsrət məni yeyər, yeyər;

indi qapımı kim döyər

gözlərim hələ yoldadı;

 

məni kim tapa, kiridə,

bu qərib dərdi əridə;

bir ömür qalıb geridə,

nə sağdadı, nə soldadı;

 

ruhum var, şəkilim yoxdu,

yanıram da, külüm yoxdu;

bu dünyada ölüm yoxdu,

kimdisə, bizi aldadır.