Əlirza HƏSRƏT - ÖLÜM,BAĞLANSIN BAZARIN
Ədəbiyyat
12:00 / 05.05.2026
Baxış sayı: 137
Ölüm,bağlansın bazarın,
Bura düşməsin güzarın.
Baş əydiyim bu məzarın,-
Üzümdə nəfəsinə bax.
Şöləsi çatmır şamların,
Dərdi çoxdur axşamların.
Bu bəxtəvər adamların,
Ölməyə həvəsinə bax
...Ölüm,varmı anan,atan.,
Torpağa üz qoyub yatan?..
Göz yaşından ocaq çatan,-
Ürəyimin səsinə bax...