Fərhad Tapdıqoğlu - Qaçdı

YAZARLAR 12:12 / 15.03.2026 Baxış sayı: 308

 

Onun ayaqları yer tutdu, yeridi,qaç-dı...Anası əlindən tutub gəzdirəndə,onun əlindən çıxıb götürülər,qaç-ardı. Bəzən əlinə bir çubuq alıb,qazları qova- qova arxasınca qaç-ardı...

Məktəbə getdi.Elə birinci dərs günü anası onu sinifdə qoyub ,evə qayıdanda ,arxasınca evə qaç-dı...Sonra dərslərini də "qaç-a - qaç-da " oxuyar,evdən çıxıb ,əlində bir parça çörək yeyə- yeyə qaç-ır,uşaqlarla oynayırdı." Qaç-dı- tutdu" da oynardı,çilinğ- ağac da,çiləmə də," eşşək beli " də.. . Hərdən dərsdən qaç-ardı... Bir dəfə qaç-anda məktəbin dəhlizində direktorla rastlaşdı, onu görəndə qorxdu,rəngi qaç-dı ...

Uşaqlara söz verib,oynamaqdan boyun qaç-ırdığı zamanlar da olub...

Kövşəndə hörüklədikləri at yerə çalınmış mıxı çıxardıb ,qaç-anda onu tutmaq üçün o qədər qaç-ıb ki...Mal- qoyun örüşdən gələndə ,buzovlar,quzular analarını əmməyə qaç-anda,qaç-ıb onların qabaqlarını kəsib,o qədər geri qaytarıb ki...Yağış yağanda islanmasın deyə tez evə qaç-ırdı. Yemək yemək,çay içmək zamanı,hamıdan əvvəl qaç-ıb,süfrə arxasında oturar, qaç-araq yeyib,ayağa durardı...Atasının arxasınca qaç-ıb "məni də şəhərə apar" dediyi vaxtlar da çox olub.

Gündüzlər çox yatanda gecə tez- tez oyanardı, yuxusu qaç-ardı...

Bədən tərbiyəsi dərsındə, qaç-ış meydançasında hamıdan bərk qaç-ırdı.Hərdən keyfi olmayanda ,uşaqlarla oynamaqdan qaç-ardı.. Böyüdükcə müəllimlərə hörməti daha da artırdı,onları çöldə, bayırda,onların dayanıb ,söhbət elədikləri məktəb,yaxud idarənin,kənd dükanının qabağı olsun görəndə salam verər,ordan qaç-ar,uzaqlaşardı...

Yuxarı siniflərdə oxuyanda onun üçün çox oynamağın da ləzzəti qaç-mışdı...

Söz verib,sözündən qaç-anlardan,"qırdı-qaç-dı" adamlardan acığı gələrdi..

Kənddə yavaş sürətlə gedən yük maşınlarının dalınca o qədər qaç-ıb ki...Bir də görürdün bir atlının yanınca düşüb qaç-ır,öz-özlüyündə atı ötüb keçmək istəyirdi... Qoruq yerinə girən mal- qara,qoyun - quzunu qoruqçunun haray-həşirindən, qara qışqırığından sonra qaç-ıb ,qaytardığı vaxtlar o qədər olub ki...

Dildən pərgar olan,çox və boş ,gop danışanlardan qaç-ar, gedib dərslərini hazırlardı...

Orta məktəbi bitirdi.Ali məktəbə qəbul olunanda ,qaç-a- qaç-a gedib ,kənddə valideynlərinə xəbər elədi...

Həmişə mühazirələrə, seminarlara geçikməmək üçün auditoriyalara qaç-ıb,hamıdan tez öz yerini tutardı...

Bir gün qanını qaraldan bir xəbər eşitdi,Yer sanki ayağının altından qaç-dı...Onun çox bəyəndiyi,amma cəsarəti çatmayıb ürəyini açmadığı ,kəndlərindən olan bir qız başqasına qoşulub qaç-mışdı.

...illər elə bil qaç-+ırdı...Ali məktəbi də bitirdi...Təyinatını öz rayonlarına aldı...İşlədi,ailə də qurdu...Uşaqları da oldu..Uşaqları da yıxıla- yıxıla yeridilər, yüyürdülər,qaç-dılar,böyüdülər.. .

Övladları da təhsil aldılar,onlar ev- eşik sahibi oldular...

...indi daha yaşa dolub,nəvələri ilə başını qatır..İllər sanki qaç-a- qaç-a sürətlə keçdi...

İnsan həmişə tələsir,qaç-ır: uşaqlıqda cavanlığa,cavanlıqda qocalığa ...

Qaç-ıb gözdən itib uşaqlıq da,gənclik də...

Dodağının " qaç-dığı" anlar da olub,sevindiyi anlar da,kədərləndiyi zamanlar da...

Gənclik illərində heç kim ona deyə bilməzdi ki, " gözlərinin üstündəki qaşdı".Amma istədi- istəmədi fərq etməz,illər irəli qaş(ç)dı...

Qaç-an illəri boş- boşuna xərcləməmisənsə,çox gözəl...

Daha heç hara qaç-a bilməzsən dost...haqlayıb səni qocalıq...yapışıb yaxandan...qaç-a bilməzsən...

P.S.Adamı yaxalayan xəstəlikdən, dərddən,kədərdən qaç-a bilmək xöşbəxtlikdir...Qocalıqdan doğan xəstəlikdən qaç-a bilməsən də...