Kəmaləddin Qədim - Dünən anamın ölüm, qizımınsa doğum günü idi...
Dayanıb baş-başa, durub yan-yana,
Birisi sevincim, birisi sızım.
İşıqdan zülmətə yol alıb anam,
Zülmətdən işığa tələsir qızım.
Dərsmi oiur, görkmü olur belə biçimdə,
Məni sınağamı çəkirdi fələk?
Qoşa don biçildi bir gün içində,
Biri kəfən oldu, biri də bələk.
...Yenə doğum günü, əyləşib başda,
Yenə düyündədi, toydadı qızım.
Tanrının verdiyi ömürdə, yaşda,
Anamın ölümü boydadı qızım...