Əlizadə Nuri - Gördüm ki bir ağac yox
Ədəbiyyat
21:50 / 15.03.2026
Baxış sayı: 122
Şeir olmaq istədin
Səni söz-söz topladım,
Dedim bəlkə yaratdım.
Gördüm tək darıxırsan
Bir düşərgə yaratdım.
Yanırsansa, yaşa, yan,
Bir sevgidə qoşa yan.
...Tək ikimiz yaşayan
Təzə ölkə yaratdım.
Bu səhradı, yamac yox,
Burda bizə əlac yox.
Gördüm ki, bir ağac yox
Özüm kölgə yaratdım...