Yadigar Təvəkgul- Mən necə dərdimi gətirim dilə...

Ədəbiyyat 16:38 / 15.03.2026 Baxış sayı: 236

Mən necə dərdimi gətirim dilə,

Bu dərdə özümü özüm salmışam.

Tutub əllərindən ümidlərimin,

Göylərə mən özüm qanadlanmışam.

 

Mən necə söyləyim günah kimdədir,

Mənim də günahım az deyil axı.

Axı mən inandım payız gününə,

Bilmədim hər fəsil yaz deyil axı .

 

Mən necə deyimki günahım yoxdur,

Mən necə deyim ki günahkar sənsən.

Sən özün demişdin seçim mənimdir,

Sevərsən, sevməzsən hansın istəsən.