Aləmzər Sadıqqızı - Ötən ilin təbriki...
Evimizin yanında çiçək mağazası var. Və gözəl bir çiçəkçi qız ... Avtobus gözlərkən tez-tez girib magazaya çiçəklərə heyran- heyran baxıram...
Bu gün də girdim, Anar müəllimə çiçək almaq üçün... Qız çicəyi bağlarkən rəngi soruşur və mən necə olursa ona çiceyi kiminçün aldığımı söyləyirəm...Qız donuq- donuq üzümə baxır...
- Anarı tanımırsan?-
- yox...
- " Gün keçdi" filmini görmüsən?
- Yadıma gəlmir...
- Bəs " Təhmin və Zaur"?
-Yox...
Qanım donur az qala...
Qızın gözəlliyi heçə dönür gözlərimdə...
- Təəssüf qızım...Mən sən yaşda olanda nəinki Azərbaycan yazıçı və şairlərini , xarici yazıçıları belə tanıyırdım. .. Bəs orta məktəbdə ədəbiyyat dərsini oxumamısan?
- oxumuşam, üstundən neçə il keçir...
Avtobus gəlir və mən söhbətdən ayrılıram.
Çox gözəl bir orta yaşlı xanımın yanında otururam. Çiçəyi ona verib telofona baxıram vacib bir zəng üçün...Sonra üzr istəyib çicəyi geri alıram. Xanım o qədər nurlu simaya malikdir ki, istər- istəməz aramızda bir dialoq keçir. Çicəkçi qızdan danışıram... Heyrətimi bildirirəm...Xanım Anar haqqında o qədər möhtəşəm fikirlər bildirir ki, heyran qalıram. Sonra adımı soruşur. Daha bir heyrət... Yutubda yerləşən bütün şeirlərimi bilir... Söylədiyi sözlər az öncə qaralan qanımı əməllicə duruldur...
- Mən bu gün necə xoşbəxtəm ki, sizi gördüm...əslində siz içəri girən kimi simanız mənə çox doğma göründü...Ona görə adi
Inızı soruşdum...
Xanım dayanacaqda enir və qəribə bir vurğunluqla geri dönüb- Təəssüf ki, tez duşdüm, sizinlə bir ömür söhbət etmək olar...Anara salam deyin məndən, biz onun əsərləri ilə boyüdük- deyir...
Anar müəllimin otağının qabağında xeyli yazarlar var hamı onu təbrik etməyə gəlib. Bu sevgi adamın ürəyini dağa döndərir...
Salamı çatdıra bilmirəm... Ürəyimdə xanımdan üzr istəyirəm...
Çiçəyim dibçək gülü idi... Avtobusda çicəklərindən öpüb ürəyimdə demişdim... Sənin də qismətinə canlı klassikimiz, fəxrimiz Anarın pəncərəsində ciçəkləmək duşüb...Sən nə xosbəxt gülsən...!!!