Xəyalə Sevil -Zaman əleyhinə işləyir sənin
Ədəbiyyat
07:58 / 20.06.2026
Baxış sayı: 368
Zaman əleyhinə işləyir sənin,
Zaman məni səndən
Qoparıb gedir.
Çox da bel bağlama məhəbbətimə,
Baxarsan, könlümdən
Bir qərib gedir.
Üçə qədər sayıram,
Gəl, üçdən keçməmiş gəl.
İşdi, əgər geciksən…
İş işdən keçməmiş gəl.
İndi məni ağrıtmır
Ayrılığın ağrısı,
Mən bir az vəfasızam,
Vəfasızam doğrusu.
Mən indi yalanların
Düzünü öyrənmişəm.
Unutmağın yolunu,
İzini öyrənmişəm,
Nə var səni unutmağa?!