Adil Şirin - Yaşasaydı bir qız sevərdi,
Ədəbiyyat
11:00 / 20.06.2026
Baxış sayı: 422
27 yaşında Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igid döyüşçü, istedadlı rəssam-şair Elçin Müzəffər oğlunun xatirəsinə.
Yaşasaydı bir qız sevərdi,
Heyva gülü, nar çiçəyi.
Bədirlənmiş Ay doğanda,
Susdu onun ürəyi.
Yaşasaydı bir ev tikərdi,
Pəncərəsi gündoğana.
İndi bir gül qız solur hardasa,
İndi namaz üstə ağlar bir ana.
Yaşasaydı o mənə dost olardı,
Doğma qardaşdan irəli.
İndi göy üzündədi,
Tanrının ətəyində çırpınır əli...