Elnur Uğur - Canım-gözüm, birdənəm

Ədəbiyyat 13:56 / 20.06.2026 Baxış sayı: 382

Canım-gözüm, birdənəm,

İncimə,qurban olum!

Kimsə özün oynamır,

Özü olan baş rolun!

 

Dəyişib bu səhnə ki

Səki deyil o səki.

Bilsən altı nə çəkir,

Üzü qrimli yolun?

 

Yolda yollar azır e

Nolsun sevgi yazır e?

Altdan həsrət cızır e,

Öz imzasın, öz qolun!