Şakir Xanhüseynli - Addım atırsan...
Ədəbiyyat
16:48 / 20.06.2026
Baxış sayı: 350
***
addım atırsan,
adama elə gəlir
yol cərəyan xəttitək uğuldayır.
tək əlini havaya- boşluğa çəkirsən
bir səs verir kimi...
yarpaq xışıltısı da
dəyir qulağına
mis cingiltisinə bənzər
və boylanırsan ətrafa ki,
kimdi mis qab döyəcləyən...
hardasa enir, qalxır
sanki dəmirçi çəkici;
dəmir dəmirə dəyib səslənənsayaq
insan dərdi, sevinci...