Şahverən Cavad - Ata ocağının yolu

Ədəbiyyat 15:43 / 20.06.2026 Baxış sayı: 370

 

Səbrini toz basıb , kölgə tək susur ,

Gözündən mürgüsü dağılıb yerə .

Ata ocağının yolunda quş tək , Ayağım dənləyir xatirələri .

Sındı gözləməkdən bəylik qüruru ,

Asfalt yaylığı tək gedib həyası .

Çılpaq görünməkdən bezib , payız tək ,

Büküb abırını ətəyə - asıb .

Bu yolu çəkibdir anamın gözü ,

Çat verib , anamın yuxusu kimi .

İtib "Vağzalısı "burda bir qızın ,

İtib - "Heyvagülü" qoxusu kimi .

Bu yolun döngədə sınıb ayağı ,

İndi səkilərdir qoltuq ağacı .

Tanrı nəzərindən heç kəs düşməsin ,

Yer də ayağının altından qaçır .

Möhürlü məktubdur alın yazımız ,

Əbədi dünyadır - yolun dəhnəsi .

Yuyar adımızı vaxtın suları ,

An kimi bitəcək ömrün səhnəsi !

20 . 06 . 2026

Türkiyə . Samsun şəhəri