Xəyalə Sevil - Bir az anlamışdı məni
Ədəbiyyat
11:53 / 08.08.2026
Baxış sayı: 575
Bir az anlamışdı məni-
Bəlkə də mən elə bildim.
Yenə şükür, çıxıb ondan
Mən özümə gələ bildim.
Bu yolun yol ayrıcından
Ayrılıq düzəldi mənə.
Onunla pis deyil həyat-
Onsuz da gözəldi mənə.
Olubdu, əlbət, olubdu
Qaldıqlarım, getdiklərim.
İki sətirlik adamdı
Mənim şeir etdiklərim.