Payızdan çıxıb gəlmisən - Ağaevli Əli Hacı

Ədəbiyyat 11:00 / 08.08.2026 Baxış sayı: 662

Payızdan çıxıb gəlmisən,

Yağıb,islanıb nəfəsin !

Qış,yanağlarından öpür,

Ürəyimdən od al,isin !

Hava kimi,lap su kimi

Gəl,səni alım içimə !

Baş qarışıb yol salmağa,

Çölüm pintidi,incimə !

Səliqəmi qəm dağıdıb,

Həsrət bağlayıb yaramı !

Gözü bağlı keçir ömür,

Aç gözünü,görsün hamı !

Səni qışda qarşıladım,

İlk bahara yol göstərəm.

Doğulandan ev tikənəm,

Səni göydələn istərəm !

Payızdan qış sovqatımı,

Sevgi gətir,dərman kimi !

Səninlə yol getməyimi,

Qəbul edim,fərman kimi !

Payızdan çıxıb gəlmisən,

Yağıb,islanıb nəfəsin !

Qış,yanağlarından öpür,

Ürəyimdən od al,isin !