Xatirə Rəhimbəyli - Tanrımla aramda dayanan bulud
Ədəbiyyat
18:55 / 07.08.2026
Baxış sayı: 523
Bir az taleyimə kölgə salırsan ,
Bir az işlərimi bərkə salırsan.
Çiynimi çox ağır yükə salırsan ,
Tanrımla aramda dayanan bulud .
Bəxtçün özgəymişəm ,yad övladmışam ,
O sevdıyım haqqa haçan çatmışam ?
Sən göy qübbəsisən ,mən Atlantmışam ,
Tanrımla aramda dayanan bulud .
Saflıq savaşında tənhayam ,təkəm ,
Qəm mənim yükümdü, mən qəmə yükəm .
Kölgəndə tükəndim ,yağ ,sən də tükən ,
Tanrımla aramda dayanan bulud .