TƏBRİK!
Bu gün, yəni avqustun 8-i onun dünyamıza gəldiyi və artıq 3 ildir bizi sevindirdiyi tarixdir. 3 ildirki, biz – onu sevənlər, gəlişinə sevinənlər Fateh işığında doğum gunünü qeyd edirik. Ömrümüzün dadı-duzu, balı- şəkəri, dilimizin sözü, könlümüzün sevinci Fatehdir. Bu xoşbəxtliyi bizə bəxş edən Allaha minnətdarlıqla bizdə onun üçün dua edir, atalı-analı böyüməsini diləyirik! Allah onu sevənləri və sevdikləri üçün qorusun. Sayılıb-seçilən FATEHLƏRDƏN biri olsun!
Fatehi doğum günü münasibət ilə qardaşı Atilla, bacıları Nigar, Aysu və Nərgiz, atası, anası, dayısı Babək, bibisi Fəridə, xalası Nilufər, əmisi Anar, nənəsi Zərnigar və babası Əbülfət Mədətoğlu ürəkdən təbrik edir və onu öpürlər. Allah qorusun!
Gəlişinə sevindiyim bu günü
Yaddaşıma ÜRƏK! - deyib, yazmışam.
Sənin üçün qurulacaq düyünü -
Hamılıqla GÖRƏK! - deyib, yazmışam!
Dünya geniş, bizə düşən bircə lək,
Sən Vətənin şərəfini önə çək!
Bərəkətin ən müqəddəs rəmzi tək -
Halal olsun, ÇÖRƏK! - deyib yazmışam.
Dəyişsə də mən gördüyüm bu dövr,
Ümidlər də sənlə birgə boy verir...
Ad günündə dinlə, baban nə deyir: -
Yurda FATEH GƏRƏK! – deyib yazmışam!