Ağaevli Əli Hacı - Gözündən kənar düşmüşəm,
Gözündən kənar düşmüşəm,
Heç kim,bu günə düşməsin !
Qoy,istidə bişsin canım
Sənin kölgənə düşməsin !
İlk bahardan,son bahara
Yenə bəxtin taxt üstədir !
Qəribliyə çiçək açmır,
Günah qərib üstümdədir !
Səndən keçmiş xatirəni,
Məndən sözü almaq olmur !
Qəmin nimdaş paltarıyla,
Bu,dünyada qalmaq olmur !