Xatirə Rəhimbəyli - Nə sualdı gözündəki, ey təbib

Ədəbiyyat 09:34 / 19.09.2026 Baxış sayı: 226

Nə sualdı gözündəki, ey təbib ,

Bu saxtakar dünya qəvi, mən qərib .

Hərdən-hərdən özün mənə göstərib

Çıxıb gedən haqdan ötrü ölürəm

 

Bu nə daşdı yollarıma tökülən ,

Bu nə dağdı yollarımda dikilən?

Ürəyimə körpə ikən çəkilən

Heç solmayan dağdan ötrü ölürəm

 

Bu dünyanı bir sitəmkar bilmişəm

O baxışı könlümə yar bilmişəm

Mən o yarı həmişə var bilmişəm

Yoxmuş... yoxmuş ..yoxdan ötrü ölürəm