Rəfail Tağızadə -Qara xatirə

Ədəbiyyat 11:15 / 18.09.2026 Baxış sayı: 126

 

Gecənin birində lap sübhə yaxın

qara xatirələr boğacaq məni.

Bu səsə, bu küyə dözməyən gecə

axırda özündən qovacaq məni.

 

Dərd də dərd gətirər, qazancıma bax.

İllər daş səbrimi alır əlimdən.

Hər gecə yuxuma girən xəyallar

gəlib bir iltizam alır dilimdən.

 

Sıxır ürəyimi qara xatirə,

ümidin yolları dardı, dar, Allah.

Bu qədər zamanı necə yaşadım?

Məndə bir ölünün səbri var, Allah.